Dünya turizm sektoru 75 milyon iş yerini itirə bilər

17:01 31.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus səbəbindən dünyanın turizm sektorunda 75 milyona yaxın iş yeri yox ola bilər.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı Dünya Səyahət və Turizm Şurası (WTTC) Səudiyyə Ərəbistanının G20 ölkələri üçün təşkil etdiyi virtual görüşdə səsləndirib.

Şura G20 ölkələri liderlərini turizm sektorunun xilası naminə qətiyyətli tədbirlər görməyə səsləyib.

WTTC əsasən iri turizm kompaniyalarını – aviasiya və kruiz şirkətlərini, qlobal bron sistemlərini, otel biznesi ilə məşğul olanları, həmçinin kiçik və orta biznesi (turizm operatorları və agentlərini, restoran və digər müəssisələri) xilas etmək üçün vəsait ayrılmasını və səylərin koordinasiyasını xahiş edib. Bu səylər 330 milyondan çox insanın iş yerini qorumağa imkan verərdi.

“İyirmilik” ölkələri liderləri virtual sammitdə pandemiya ilə mübarizəyə və onun iqtisadiyyata, maliyyəyə və sosial sahəyə mənfi təsirlərinin aradan qaldırılması üçün dünya iqtisadiyyatına 5 trilyon dollardan çox vəsait ayırmağı vəd edib.

Oxunma sayı 147