Düşməni darmadağın edən igid hərbçilərimiz - Onları tanıyaq-FOTO

10:06 03.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əsgər Sadıqov Məhəmməd Rüfət oğlu Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə top komandiri kimi düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv edib.

Bu barədə hafta.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Leytenant Qaraşov Məhəmməd İlham oğlu isə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə dəqiq atəşlə düşmənin avtomobil kolonunu məhv edib.

Leytenant Düniyev Azad Vüqar oğlu da igidliyi ilə seçilən zabitləmizdəndir.

O, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə reaktiv artilleriya atəşi ilə düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv edib.

Gizir Əjdərli Sabit Mübariz oğlu işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döyüş maşın komandiri kimi xüsusi fəallıq göstərib.

O, düşmənin canlı qüvvəsini və atəş vasitəsini məhv edib.

Oxunma sayı 4314
rubrikasından digər xəbərlər