Əczaçılıq məhsullarının istehsalı iki ayda 4 faizdən çox artıb

20:18 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 milyon manatlıq məhsul istehsal edilib.

Hafta.az-ın məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 19,5 faiz, əczaçılıq məhsullarının istehsalında 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,6 faiz artıb.

Əsas kimya məhsullarından metanol istehsalı 34,4 faiz, propilen istehsalı 17,9 faiz, etilen istehsalı 16,1 faiz artmışdır. Rezin və plastik kütlə məmulatlarından plastik boruların istehsalı 6,0 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,1 dəfə artıb.

Oxunma sayı 204