Əfv sərəncamı ən ağır dönəmlərdə də prezidentin xalqın yanında olduğunun göstəricisidir - Hüquq müdafiəçisi

11:16 07.04.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"6 fevralda imzalanan və 176 nəfərin azadlığa çıxması ilə nəticələnən bu əfv sərəncamı göstərdi ki, ölkə başçısı xalqın bu dar günündə də millətimizi düşünür. Bu sərəncam ən ağır dönəmlərdə də prezidentin xalqın yanında olduğunun göstəricisidir".

Bunu hafta.az-a açıqlamasında ötən gün imzalanan əfv sərəncamına münasibət bildirirərkən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Hüquq müdafiəçisi bildirib ki, o, ölkə başçısının bu addımını çox yaxşı qarşılayıb:

"Təqdir olunası addımdır. Alqışlayıram. Bu sərəncam imkan verəcək ki, 165 kişi xəstəliklə mübarizəni ailəsinin yanında aparacaq. Ailəsinin başında olacaq. Həmin insanların bir çoxunun qayğıya ehtiyacı var. Xalqımız da prezidentin belə bir humanist addımını alqışlayır".

Novella Cəfəroğlu onu da əlavə edib ki, hazırda həbsxanalarda koronavirus infeksiyasına yoluxanlar yoxdur:

"Biz mütəmadi olaraq Ədliyyə Nazirliyi ilə əlaqədəyik. Onlar bu virusun kameralara keçməməsi üçün əllərindən gələni edirlər. Amma həbsxana işçiləri, nəzarətçilər kənardan gəlirlər. Adamların arasında olurlar. Onlar məhbuslara yoluxdura bilərlər. Hər halda bu, məhbusların təhlükədən sığortalanmamaları ilə bağlı ehtimallardan biridir. Bu əfv sərəncamı ilə 11 qadın da azadlığa buraxıldı. Onlar da övladlarının yanında olacaqlar. Əfv olunan yüngül cəzalı, cəmiyyət üçün təhlükə törətməyən insanlardı. Gələcəkdə bu sıradan olan məhbusların ayağına çip bağlayaraq xəstəlik bitənə qədər evə buraxılmalarına təklif edərdim".

Oxunma sayı 174