Əlcəzair ordusu Mərakeşlə sərhəddə hərbi təlimə başladı

15:55 19.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair ordusu ölkənin qərbində - Mərakeşlə həmsərhədərazidə hərbi təlimlərə start verib.

Hafta.az yazır ki, bu barədıə Əlcəzairin Müdafiə Nazirliyi məlumat yayıb. Döyüş hazırlığını yüksəltmək məqsədilə keçirilən "Sabitlik 2021" adlı təlimlərdə əsl mərmilərdən istifadə edilir. 

Məlumatda deyilir ki, hərbi təlimlərdə kəşfiyyat təyyarələri, hərbi hava qüvvələrinin və quru qoşunlarınının bölmələri iştirak edirlər. 

Açıqlama verən Əlcəzairin Baş Qərargah rəisi Said Şangariha deyib ki, sitat: ölkənin bəzi ərazilərində, xüsusilə də qərb rayonlarında arabir yaranan qeyri-sabit vəziyyəti nəzərə alsaq, ordunun döyüş hazırlığını yüksək saxlamaq zəruridir. Ordu öz ölkəsini qoruma gücünə malik olmalıdır və biz də bu istiqamətdə əlimizdən gələni edirik. 

Oxunma sayı 830