Erməni təxribatı nəticəsində Ağdam və Tərtərdə mülki obyektlərdəki yanğınlar söndürülüb - FHN

18:31 28.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan Respublikasının hərbi-siyasi rəhbərliyinin təxribatçı xislətindən irəli gələrək Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, fərdi və çoxmənzilli yaşayış binalarını, o cümlədən mülki obyektləri ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumatda bildirilib ki, nəticədə yanğınlar baş verir, dinc əhalinin əmlakına ciddi ziyan yetirilir:

"Belə ki, bu gün də Ermənistan qoşunlarının atdığı mərmilər nəticəsində Ağdam və Tərtər rayonlarının bir sıra kəndlərində mülki obyektlərdə yanğınlar baş verib. Dərhal hadisə yerlərinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən yanğınlar qısa müddətdə söndürülüb".

Oxunma sayı 728