Ermənilər İsrailin bayraqlarını yandırırlar - Günün təzadları

12:24 27.10.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Beyrutda, Erməni Daşnaksütyun partiyasının tərəfdarları Türkiyə səfirliyi yaxınlığında icazəsiz aksiya təşkil etdilər.

Hafta.az day.Az-a istinadən bildirir ki, təxminən iki yüz erməni İsrailin Qarabağ məsələsindəki mövqeyinə etiraz etdi.

Eyni zamanda, ermənilər İsrailin bayraqlarını yandırdılar.

 

Rusiyada tibbi maskadan istifadə məcburi oldu

Rusiyada kütləvi yerlərdə - ictimai nəqliyyatda, avtomobil dayanacaqlarında və liftlərdə tibbi maskadan istifadə məcburi olub.

Hafta.az bildirir ki, bununla bağlı  "Rospotrebnadzor" tərəfindən müvafiq qərar yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi çərçivəsində qəbul olunub.

"Rospotrebnadzor" əyləncə tədbirlərinin və ictimai-iaşə müəssisələrinin fəaliyyətinin saat 23:00-dan 06:00-dək dayandırılmasını da tövsiyə edib.

 

Çexiyada gecə 9-dan sonra küçəyə çıxmaq qadağa olundu

Çexiya hökuməti koronavirusla mübarizə tədbirləri çərçivəsində vətəndaşların saat 21:00-dan 05:00-a qədər küçəyə çıxmasını qadağan edib.

Hafta.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkəninSəhiyyə naziri Roman Primul açıqlama verib. O bildirib ki, bu qərar 28 oktyabr-3 noyabr tarixlərində qevvədə olacaq.

İşə getmək və digər təcili tədbirlər, habelə ev itləri ilə evdən 500 m-ə qədər məsafədə gəzmək istisna təşkil edir. Eləcə də gündüzlər vətəndaşlar iş yerlərinə getmək, qohumlarını ziyarət etmək, yemək və dərman almaq üçün evlərindən çıxa bilərlər.

Qeyd edək ki, bu günə qədər Çexiyada 268 min 370 nəfər "COVID-19"a yoluxub, 2365 nəfər vəfat edib.

 

Uşaqlarına mayallaq aşmağı öyrətmək istəyirdi, iflic qaldı

Uşaqlarına mayallaq aşmağı öyrədərkən boynunu qıran ata iflic qalıb. Hafta.az oxu.az-a istinadən bildirir ki, dəhşətli hadisə Böyük Britaniyada baş verib.

İki uşağı olan 38 yaşlı Ueyn Dakvort istirahət gününü əyləncəli keçirmək qərarına gəlib. Bunun üçün yaxın qohumlarını evinə dəvət edib. Böyüklər həyətdə dincəldikdən sonra evə keçiblər. Qohumlar spirtli içki qəbul edib, kart oynayıb və uşaqlarla əyləniblər.

"Uşaq vaxtı mayallaq aşmağımızı xatırladıqda, baş təlxək olaraq, bunu qonaq otağında xalçanın üstündə etmək qərarına gəldim", - deyə Dakvort olanları xatırlayır.

Lakin dombalaq aşarkən ata qəfil bədəninin sustaldığını hiss edib. Kişi təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun akrobatik elementi yerinə yetirərkən onurğa beynini zədələndiyini və sinəsindən ayaqlarına qədər iflic olduğunu müəyyən ediblər.

Britaniyalı kişi üç həftə reanimasiya şöbəsində qalıb. Bundan sonra o, travma mərkəzinə köçürülüb. "Hazırda yeni reallığa uyğunlaşmağa çalışıram", - deyə o, bildirib.

Oxunma sayı 4530