Ermənilər Azərbaycana qarşı təxribatları davam etdirir - FOTO  

19:47 24.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənilər sosial şəbəkələrdə saxta profillər açaraq yalan məlumatlar paylaşır və Azərbaycana qarşı kəşfiyyat-təxribat fəaliyyətini davam etdirirlər.

Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksk səviyyəyə qalxdığı bir zamanda mənfur düşmən iki qardaş ölkə arasına saxta yolla nifaq salmaq cəhdləri edir. Onların saxta profillərlə sosial şəbəkələrdəki paylaşımlarına əsasən, guya Türkiyə Suriyadakı vəhabi terroristləri Azərbaycana yığır. Ermənilər bu kimi saxta məlumatlarla hər iki ölkə ictimaiyyətinin fikrini yayındırmaq cəhdləri edir və Azərbaycan-Türkiyə münasibətlərinə "çamur atmağa" çalışır.

Lakin əslində, Ermənistanın xüsusi xidmət orqanları Yaxın Şərqdə və digər istiqamətlərdə terrorçuların Azərbaycanın işğal olunmuş ərazilərinə gətirilməsi kanalları üzərində iş aparır.

Hafta.az ermənilərin növbəti saxtakarlıqlarını əks etdirən həmin görüntüləri təqdim edir:

Oxunma sayı 394