Ermənilərin Ağdam istiqamətində mərmi atəşi nəticəsində mülki şəxs yaralanıb

10:19 27.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Erməni silahlı bölmələrinin Ağdam rayonu istiqamətində aşdığı atəş nəticəsində mülki şəxs yaralanıb.

APA-nın yerli bürosu xəbər verir ki, mərmi atəşi nəticəsində rayonun Qaradağlı kənd sakini, 59 yaşlı Bəykişi Zeynalov qəlpə yaraları alıb.

O, Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib.

Oxunma sayı 899
Siyasət rubrikasından digər xəbərlər