“Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib” - Hikmət Hacıyev

14:31 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistan çoxsaylı hərbi və insanlıq əleyhinə cinayətlər törədib”.

Hafta.az-ın məlumatına görə, bunu Ermənistan tərəfindən ölkəmizin cəbhə xəttindən uzaqda yerləşən müxtəlif bölgələrində, o cümlədən Gəncə və digər şəhərlərdə dinc əhaliyə qarşı törədilmiş cinayət işlərinin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, bu cinayətlər Ermənistanın hərbi-siyasi rəhbərliyi və qondarma rejimin guya rəhbəri olan şəxslər tərəfindən həyata keçirilib:

“Çıraqov işində də qeyd olunduğu kimi, Ermənistan işğalı həyata keçirən dövlət kimi məsuliyyət daşıyır. Ermənistan silahlı qüvvələri hərbi təcavüz missiyasını həyata keçirir. Ermənistan ərazisindən raketlərin atılması və mülki əhalinin ölümü də Ermənistanın məsuliyyətini təsdiqləyir. Bu gün döyüşlərdə iştirak edənlərin də əksəriyyəti Ermənistan vətəndaşlarıdır. Ermənistan hərbi təcavüzü həyata keçirən tərəf kimi məsuliyyət daşıyır”.

Oxunma sayı 172
Siyasət rubrikasından digər xəbərlər