Ermənistan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır - Alman deputatlar

12:10 29.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri, Bundestaqda sosial-demokratlar fraksiyasını təmsil edən Barbara Xendriksin fikrincə, Dağlıq Qarabağda “partlayış təhlükəli” vəziyyət yaranıb.

B.Xendriks Almaniyanın DW portalına bu barədə müsahibəsində (https://amp.dw.com/ru/boi-v-nagornom-karabahe-chto-govorjat-v-berline/a-55083696) münaqişə iştirakçılarının “ölçülüb-biçilmiş şəkildə hərəkət edəcəklərinə” ümid bəslədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, deputat vəziyyətin budəfəki gərginləşməsinə görə kimin məsuliyyət daşıması barədə qəti rəy söyləməyib, lakin onun fikrincə, əsas problem bundan ibarətdir ki, Ermənistan beynəlxalq hüququn bu regiona tətbiqən qüvvəsini tanımır.

Alman nəşrinə müsahibəsində “birmənalı olaraq aydındır ki, indiki vəziyyətdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”, - söyləyən Xendriksin fikrincə, ermənilər üçün nə qədər çətin olsa da, Yerevan Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalıdır.

Almaniyanın “Yaşıllar” Partiyasından Avropa Parlamentinin deputatı Sergey Laqodinski isə belə hesab edir ki, Ermənistan güzəştə getməlidir. O deyib: “Ermənistan da daxil olmaqla heç bir ölkə Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayıb”. Avropa Parlamenti deputatının sözlərinə görə, Dağlıq Qarabağa yalnız “mədəni muxtariyyət” verilməsi barədə söhbət olmalıdır.

Oxunma sayı 250
Siyasət rubrikasından digər xəbərlər