Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün təxribatlara əl atır - Türkiyə XİN 

16:49 16.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Tovuz istiqamətindəki təxribatları bir daha göstərdi ki, Ermənistan regionda sabitlik üçün ən böyük maneədir.

Hafta.az-ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirinin müavini Yavuz Selim Kıran deyib.

O qeyd edib ki, Ermənistan daxili problemlərdən diqqəti yayındırmaq üçün təxribatlara əl atır:

“Bu təxribatlar daxili çarəsizliyin xaricə çıxmasıdır. Ermənistan yarandığı gündən regiona acı və qanunsuzluqdan başqa heç bir şey gətirməyib. Ermənistan daxili problemlərindən diqqəti yayındırmaq üçün daim təxribatlara əl atır. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçivəsində həll edilməsi üçün daim Azərbaycanın yanındayıq”.

Oxunma sayı 643
Siyasət rubrikasından digər xəbərlər