Ermənistanda virusa yoluxanların sayı 17 mini keçdi

13:15 15.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 17 064 nəfərə çatıb.

Hafta.az-ın Ermənistan KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 397 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 16 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 285 nəfər koronavirusdan ölüb, 10 409 nəfərin müalicəsi isə davam edir.

Oxunma sayı 446