Ermənistanda bir gündə 439 nəfər COVID-19-a yoluxub, 16 nəfər ölüb

12:38 22.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada daha 439 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 16 nəfər ölüb.

Hafta.az-ın xarici mətbuata istinadən məlumatına görə, Ermənistanda indiyədək infeksiyaya yoluxanların sayı 35 693, xəstəlikdən ölənlərin sayı isə 678 nəfərə çatıb.

Ermənistanda COVID-19-dan sağalanların sayı 24 766 nəfərdir.

Oxunma sayı 1386