Ermənistanda COVID-19-a yoluxanların sayı 42 825-ə çatıb

11:38 24.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutka ərzində 33 nəfər yeni koronavirus infeksiyasına yoluxub.

Hafta.az-ın “Sputnik Armenia”ya istinadən məlumatına görə, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 42 825-ə çatıb.

Son sutkada Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb. Ölkədə bu virusdan ölənlərin sayı 854-dür.

Ermənistanda indiyədək koronavirusdan sağalanların sayı 36 049 nəfərdir, 5666 nəfər müalicə olunur.

Oxunma sayı 13482