Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib

13:00 27.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan hökuməti ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.

Hafta.az-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində yazıb.

N.Paşinyan bildirib: "Ermənistan Respublikasında hökumətin qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilir. Qərar dərc olunduğu andan qüvvəyə minir".

Oxunma sayı 1213