Ermənistanda indiyədək COVID-19-dan 777 nəfər ölüb

12:21 07.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutkada daha 166 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Hafta.az-ın aysor.am-a istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 985 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 5 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 777 nəfər olub.

Ermənistanda xəstəlikdən sağalanların sayı 32 008 nəfərdir.

Oxunma sayı 10268