Ermənistanda koronavirusa yoluxanların sayı 45 min nəfəri ötüb

12:38 09.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 45 152 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 199 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 2 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 905 nəfər koronavirusdan ölüb, 2 945 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Oxunma sayı 3857