Ermənistanda koronavirusa yoluxanların sayı 700-ü keçdi

13:50 03.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda son sutka ərzində 73 nəfər koronavirusa yoluxub.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, koronavirusa yoluxanların sayı 736 nəfərə çatıb.

Hazırda 686 nəfərin müalicəsi davam edir.

Son sutka ərzində 3 yeni ölüm faktı da qeydə alınıb.

Qeyd edək ki, bu günədək ölkədə 7 nəfər virusdan həyatını itirib.

Oxunma sayı 741