Ermənistanda koronavirusdan ölənlərin sayı 477 nəfərə çatıb

12:26 04.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 27 900 nəfərə çatıb.

Hafta.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 580 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 477 nəfər koronavirusdan ölüb, 11 488 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Oxunma sayı 2039