Ermənistanda koronavirusdan ölənlərin sayı 900 nəfərə çatır

12:50 05.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanda koronavirusa yoluxanların sayı 44 649 nəfərə çatıb.

Hafta.az ölkənin KİV-lərinə istinadən xəbər verir ki, son sutka ərzində 188 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 4 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 895 nəfər koronavirusdan ölüb, 3 656 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.

Oxunma sayı 3927