ETSN-də daha 56 vakant yer müsahibəyə çıxarılacaq

17:37 25.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bu il dövlət qulluğuna elan edilmiş müsabiqə üzrə müsahibəyə 11 vakant vəzifə elanı olub”.

Hafta.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İnsan resurslarının idarə edilməsi şöbəsinin müdiri Orxan Məhərrəmli qurumun "Facebook" səhifəsində yayımlanan “Ekspert saatı” verilişində deyib. O bildirib ki, 75 nəfər müsahibələrdə iştirak edib:

“11 nəfər iddia etdiyi vakant yerlərə uyğun hesab edilib. Müsabiqədə başqa ümumi müsahibələrdə isə 11 vakant vəzifə elanı çıxarılıb. Bu müsahibələrdə 33 nəfər qatılıb, onlardan 6 nəfəri iddia etdiyi vakant vəzifəyə uyğun hesab edilib. Həmçinin bizdə daxili müsahibələr də keçirilir. Burada yalnız nazirliyin əməkdaşları iştirak edə bilir. Daxili müsahibələrin əsas məqsədi odur ki, işçilərin karyera yüksəlişləri təmin olunsun”. 

O.Məhərrəmli qeyd edib ki, yaxın günlərdə nazirlik tərəfindən müsahibəyə vakant yerlər çıxarılacaq:

“Nazirlik üzrə 56 vakant yer elana çıxarılacaq. Bunlardan staj tələb olunmayan iş yerləri də elanda olacaq”.

Oxunma sayı 1159