Ev şəraitində müalicə alan xəstələrə nəzarət necə həyata keçirlir?- AÇIQLAMA

12:00 07.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxmuş bir qrup insanların müalicəsi ev şəraitində aparılır. Ağır xəstələr isə klinikalara köçürülür.  Bəs ev şəraitində müalicə alan xəstələrə nəzarət necə həyata keçirlir?

Bu barədə hafta.az-a danışan Səhiyyə Nazirliyinin İşçi qrupunun üzvü Səbinə Babazadə dedi ki, əgər insanlar özlərində simptomlar hiss edirlərsə sahə klinikalarına müraciət etməlidirlər: "Sahə polikilinikalarında qeydiyyata düşdünən sonra, sahə həkimləri onlarla tez-tez telefon əlaqəsi saxlayır. Əgər şüphəli, ağır nəsə hiss edərsə həkim məlumat verir. 39 məntəqə yaradılıb. Məntəqənin tibb  bacısı evə gəlib ondan yaxma götürür. Biz çalışırıq ki, evdə xəstələrə kömək edək.  Biz çalışırıq ki, poliklinikalara gələn insanların sayını azaldaq. Əgər xəstə yüngüldürsə ona dövlət tərəfindən müəyyən edilmiş dərmanlar tövsiyyə olunur. Yəni birinci mərhələ üçün bu da nəzərdə tutulub. Yox, əgər ağırlaşma müşahidə olunursa 103-ə müraciə etməlidir. O insanlar klinikalara yerləşdirilir. Dərmanlar da pulsuzdur”

Oxunma sayı 1849
Sosial rubrikasından digər xəbərlər