“Facebook”un işində problem yarandı

10:06 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Facebook” istifadəçiləri sosial şəbəkənin işində problemləri yarandığını bildirib.

Hafta.az xəbər verir ki, bununla bağlı şikayətlər əsasən ABŞ, Braziliya, Peru, Meksika, Çili və Filippindən daxil olub.

Qeyd olunub ki, şikayət edənlərin 45 faizi sosial şəbəkədə xəbər lentini izləməkdə çətinlik çəkdiyini bildirib.

 Bundan başqa, şikayətçilərin 32 faizi öz hesablarına daxil ola bilmədiyini, 22 faizi isə sosial şəbəkənin ümumiyyətlə işləmədiyini qeyd edib.