Fərman İsmayılovun nəşi Bakıya yola salınıb

10:00 27.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart" adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Azərbaycana göndərilib.

Hafta.az xəbər verir ki, gəminin ikinci mühəndisi olan Fərman İsmayılovun nəşi səhər saatlarında Türk Hava Yolları (THY) ilə ölkəmizə yola salınıb. Nəşi daşıyan təyyarə bu gün səhər saat 07:25-də İstanbul hava limanından havaya qalxıb.

Xatırladaq ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən “Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində Fərman İsmayılov adlı azərbaycanlı mühəndis həlak olub.

Oxunma sayı 570