FHN Siyəzəndə baş vermiş yanğınla bağlı məlumat yayıb - VİDEO

21:39 31.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Siyəzən rayonunun Sədan kənd bələdiyyəsinə məxsus dağlıq ərazidə 170 ha quru ot, kol-kos, vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan talvarın altına yığılmış ot bağlaması, ümumi sahəsi 28 m2 olan anbarın içərisinə yığılmış buğda yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən hafta.az-a məlumat verilib.

Yaxınlıqdakı yaşayış evləri, köməkçi tikililər, neft buruqları və meşə zolağı yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Yanğın ərazisinin kəşfiyyatı zamanı kənd sakini, 1955-ci il təvəllüdlü Qambayev Nizami Əli oğlunun yanmış meyiti aşkar olunub.

Yanğın zamanı yanıq xəsarətləri almış, 1970-ci il təvəllüdlü Zeynalov Cahangir Əhmədşah oğlu Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. C.Zeynalov yerləşdirildiyi xəstəxanada vəfat edib.

Oxunma sayı 5027