Fransa Güləş Federasiyası üzr istədi - Azərbaycan bayrağının yer almamasına görə

12:37 14.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransa Güləş Federasiyası Nitsada keçiriləcək Qran-Pri turnirinin rəsmi sənədlərində Azərbaycan bayrağının əks olunmamasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, qurum Azərbaycan Güləş Federasiyasından üzr istəyib.

Fransalılar bu səhvin siyasətlə bağlı olmadığını vurğulayıb: “Milli bayrağın Qran-Prinin rəsmi sənədlərində yer almaması ilə bağlı yaranan problemə görə Azərbaycan Güləş Federasiyası və ictimaiyyətindən üzr istəyirik. Artıq bu düzəliş edilib. Bu, heç bir halda siyasətlə bağlı deyildi, sadəcə bizim tərəfimizdən bir səhv idi. Azərbaycan güləşçilərinə və bütün iştirakçı ölkələrin təmsilçilərinə yaxşı mübarizə arzulayırıq”.

Qeyd edək ki, yarışda 27 ölkəni təmsil edən 300-dən artıq güləşçi qüvvəsini sınayacaq.

Oxunma sayı 194