Fransada COVID-19-un mümkün yeni dalğası ilə bağlı plan hazırlanıb

13:20 03.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada COVID-19 pandemiyasının mümkün yeni dalğası ilə bağlı plan hazırlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Fransanın Səhiyyə naziri Olivye Veran bildirib. O deyib ki, qocalar evlərindəki zəif insanların qorunması, gücləndirilmiş test siyasəti və kontaktların rəqəmsal izlənməsi bu planın əsas istiqamətlərindəndir.

Nazir rəqəmsal izlənmə və təcridetmə tədbirlərinin virusun müəyyən edilməsinə və əhali arasında yayılmasının qarşısının alınmasına imkan yaradacağını bildirib.

Oxunma sayı 2127
Dünya rubrikasından digər xəbərlər