Fransada ictimai yerlərdə maska taxmaq məcburi olacaq

15:55 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fransada gələn həftədən etibarən qapalı tipli bütün ictimai yerlərdə maska taxmaq məcburi olacaq.

Bu barədə Baş nazir Jan Kasteks bildirib. İndiyədək maska taxmaq yalnız ictimai nəqliyyat vasitələrində məcburi idi.

İyulun 14-də Fransa Prezidenti Emmanuel Makron koronavirus pandemiyasının qayıtması əlamətlərinin müşahidə edildiyini deyib və avqustun 1-dən ictimai yerlərdə maska taxmağın vacibliyini vurğulayıb.

“Biz bu tədbirlərin avqustun 1-dən tətbiq olunması imkanlarını müzakirə etdik. Lakin biz gecikə bilərik... Bu səbəbdən fərman gələn həftənin əvvəlində qüvvəyə minəcək”, - deyə Kasteks Senatda çıxışı zamanı məlumat verib.

COVID-19 pandemiyasının statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 14:00-a olan məlumatına əsasən, dünyada 13 milyon 717 min 903 yoluxma və 587 min 327 ölüm faktı qeydə alınıb, virusa yoluxan 8 milyon 172 min 405 nəfər sağalıb. Hazırda müalicəsi davam edən 5 milyona yaxın xəstədən 59 min 944-nün vəziyyəti ağır qiymətləndirilir.

Fransada yeni koronavirusa yoluxanların sayı 173 min nəfəri ötüb, 30 min 120 nəfər isə həyatını itirib.

Oxunma sayı 1311
Dünya rubrikasından digər xəbərlər