Gəncə Körpələr Evində uşaqları bir-birinə bağladılar? - GÜNÜN TƏZADLARI

18:32 24.01.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Tanınmış fitnes ustası Kamil Zeynallı Gəncə Körpələr Evində çəkilən videonu paylaşdı. Hafta.az-ın yazdığına görə, BAKU.WS xəbər verir ki, fitnes ustası Körpələr evində uşaqlara yaxşı baxılmadığını bildirib. Çox sayda şikayət aldığını deyən Kamil bu məsələyə dövlət qurumlarından reaksiya verilməsini xahiş edib: "Uşaqlar pintilik içində yaşayır. Uşaqlara gələn payları mənimsəyirlər. Bilirəm ki, heç vaxt boyunlarına almazlar. Gəncə Körpələr Evinin müdirini və işçilərini dəyişmək lazımdır. Ora gələn insanlarla da çox vaxt söyüşlə, təhqirlə danışırlar. Bir neçə nəfər ora yardım aparıb. Səhəri gün yenidən gəliblər ki, həmin paylar orada yoxdur. Uşaqları iplə bir-birlərinə bağlayıblar". Kamil Zeynallının paylaşdığı videoya qurumun baş həkimi Lətifə Kərimova münasibət bildirib: “Kamil Zeynallının paylaşdığı video və yazdığı şərh tamamilə yalandır. "Birincisi, Kamil Zeynallı heç bu körpələr evində olmayıb. Yəni olanları özü görməyib. İkincisi, bu video sentyabr ayında çəkilib, kim tərəfindən çəkildiyini də bilmirəm. Kadrlarda guya uşaqlar bir-birlərinə bağlanıb və s. Onu deyim ki, orada uşaqlar bir-birlərinə bağlanmayıb. Sadəcə, qarın nahiyələri sarılıb ki, soyuqlama olmasın. Bu videodan sonra aidiyyəti qurumlar gəldilər, yoxladılar, baxdılar, gördülər. Buradan uşaqların paylarının oğurlanması kimi boş, yersiz məlumatlara gəlincə, tamamilə yalan və cəfəngiyatdır. Mən Kamil Zeynallının paylaşdığı videonun şərh bölməsinə yazmışam. O, bu günədək nə gətirib ki, biz onu mənimsəmişik? Deyəcəyim odur ki, bu qədər yalan danışmaq olmaz, yaraşmaz".

 

Bakıda kişi oğurluq etdikdən sonra fişəng yandırıb bayram etdi

Paytaxtda gözəllik salonu qarət edildi. Naməlum şəxs salona daxil olaraq orada kassadan pul və bir ədəd mobil telefon götürüb. Hafta.az xəbər verir ki,  bu haqda Xəzər TV  məlumat yayıb. Cinayət bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu Əcəmi Naxçıvani küçəsində gözəllik salonlarının birində baş verib. Obyektin sahibi səhər işə gəldikdə qapının açıq, içərinin isə dağınıq olduğunu görüb. Müşahidə kamerasının görüntülərinə baxış keçirərkən aydın olub ki, 30-35 yaşlı bir nəfər dəmir linglə qapını açıb içəri daxil olur. O, kassaya yaxınlaşıb çox rahat şəkildə pulları çıxararaq masanın üstünə düzür. Daha sonra isə digər dolabları açıb baxır. Bu arada həmin vaxt fürsət taparaq güzgünün qarşısında dayanıb paltarını da düzəldir. Obyektin sahibi dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə gələn 5-ci polis bölməsinin əməkdaşları əl-barmaq izləri götürüb və kameranın yaddaşındakı görüntülərə baxış keçiriblər. Zərərçəkmişlərin sözlərinə görə, naməlum şəxs oradan 700 manat nağd pul və bir ədəd mobil telefon oğurlayıb. Həmin şəxsin gözəllik salonundan çıxıb getməsi də olduqca maraqlıdır. O, bu çirkin əməlini fişəng yandıraraq sanki qeyd edir. Qeyd edək ki, həmin şəxs gözəllik salonunun yaxınlığında da bir neçə mağazadan oğurluğa cəhd edib. 5-ci polis bölməsindən bildirdilər ki, şübhəli şəxsin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam edir.

 

9-cu mərtəbədən yıxılan qadın qalxıb yoluna davam etdi

Rusiyada yaşayış binasının 9-cu mərtəbəsindən yıxılan qadın bir neçə saniyə sonra ayağa qalxaraq yoluna davam etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, yerdəki qar yığını və üst qış geyimi qadını xilas edib. Buna baxmayaraq, yerə düşmə sərt olub. Yerə düşən qadın ayağa qalxaraq qonşularından “təcili yardım”ı çağırmasını istəyib. Məlumata görə, xəstəxanaya yerləşdirilən qadının həyatına heç bir təhlükə yoxdur.

 

Xırdalanda avtomobil eyni anda iki şagirdi vurdu

Xırdalanda avtomobil iki məktəblini vurdu. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, minik avtomobili yolu keçmək istəyən 15 yaşlı Alsu Səbzəliyeva və 14 yaşlı Fidan Orucovanı vurub. Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. Onlar Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləridir. Xəsarət alan Fidan adlı qızın komaya düşdüyü bildirilir.

 

Britaniya kral ailəsi haqqında cizgi filmi çəkildi

İngilis kral ailəsinin üzvlərinin “Qriffinlər” serialının ssenaristi Qeri Canetti tərəfindən hazırlanan yeni satirik cizgi serialının qəhrəmanlarına çevriləcəkləri bilindi. Hafta.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərdə belə deyilir. “HBO MAX” kanalında yayımlanacaq cizgi serialı “Şahzadə” adlandırılacaq. Onun qəhrəmanları kraliça Yelizaveta, şahzadə Filip, şahzadə Uilyam və Ket Midlton, şahzadə Harri, Meqan Merkl və başqaları olacaq. Hadisələr kral ailəsindəki hadisələri şərh edən altı yaşlı şahzadə Corcun adından nəql ediləcək.

 

Avropada hər 3 qadından birinin zorakılığa məruz qaldığı bilindi

Ən çox qadın qətlinin Fransada törədildiyi  bəlli oldu. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki,  Avropa Statistika Komitəsinin (“Eurostat”) 2017-ci ildən başlayaraq hazırladığı son hesabatda belə deyilir. Hesabatda bildirilir ki, qadın cinayətlərinin ən çox qeydə alındığı ölkələr Fransa, Almaniya və İngiltərədir. Fransada bir ildə 601 qadın öldürülüb. İngiltərədə isə hər üç qadından biri zorakılığa məruz qalıb. Məlumata görə, Almaniyada 380, İngiltərədə 227, İspaniyada 113 zərif cins nümayəndəsi öldürülüb. İtaliyada yalnız 2018-ci ildə 142 qadın qətlə yetirilib. Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişilər üçün Bərabər İmkanlar Komitəsinin hesabatına görə, müsəlman coğrafiyasında qadınların haqlarının pozulduğunu car çəkən Avropa Birliyi  ölkələrində  15 yaşdan yuxarı hər üç zərif cins nümayəndəsindən biri kişilər tərəfindən fiziki və ya cinsi zorakılığa məruz qalır.

Oxunma sayı