Gəncə şəhərinin sosial–iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm - Əməkdar bədən tərbiyəsi və idman xadimi

12:13 11.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Möhtərəm cənab Prezident.

Dünyanı cənginə almış koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə də Azərbaycanda idmanın inkişafını daim diqqətdə və nəzərdə saxladığınız üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üçün verdiyiniz Sərəncamlar bizləri çox sevindirdi. Tikintisi başa çatdıqdan sonra bu İdman Sarayında minlərlə yeniyetmə gənc idmanın müxtəlif növləri ilə məşğul olacaq, həm sağlam qalacaq, həm də Azərbaycanın idman şərəfini qorumaq imkanı əldə edəcəklər. Sağlam ruhlu insanların, vətənpərvər gənclərin və peşəkar idmançıların yetişəcəyi belə İdman Saraylarının tikintisi Sizin Azərbaycan xalqına olan dərin məhəbbətinizin, uzaqgörən siyasətinizin bariz nümunəsidir. Gəncə şəhərinin sosial–iqtisadi inkişafına göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Həsənov Asif Zahid oğlu

Əməkdar bədən tərbiyəsi və idman xadimi

Azərbaycan Respublikası, Gəncə şəhəri”.

Oxunma sayı 724
Siyasət rubrikasından digər xəbərlər