Gəncədə məhbus qollarını doğrayıb

16:10 12.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gəncədə məhbus özünə xəsarət yetirib.

Hadisə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında baş verib.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Vüsal Rəsulov kəsici alətlə hər iki qoluna çoxsaylı  xəsarət yetirib. Təcili xəstəxanaya yerləşdirilən məhbusa ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.apa

Oxunma sayı 1801