General Xırdalandakı hadisə yerinə gəldi

21:00 25.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam edir.

 

Hafta.az xəbər verir ki, hadisə ilə əlaqədar Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

 

Qeyd edək ki, bu dəqiqələrə kimi FHN-in xilasediciləri tərəfindən dağıntı altından 5 nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Oxunma sayı 429
Gündəm rubrikasından digər xəbərlər