Göyçay RİH-nin başçısı sakinlərlə onlayn formada görüş keçirib

17:45 04.08.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Göyçayda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə inzibati ərazi dairə nümayəndələrinin iştirakı ilə vətəndaşların növbəti onlayn qəbulunu keçirib.

Hafta.az yazır ki, onlayn qəbul zamanı vətəndaşlar tərəfindən suvarma suyu təminatının yaxşılaşdırılması, maddi yardımın verilməsi, fərdi yaşayış evlərinin tikintisinə və təmirinə köməklik edilməsi ilə bağlı müraciətlər olunub.
Rayon İcra Hakimiyyətinin başçısı sakinlərinin müraciətini dinləyib və onları narahat edən problemlərin, təkliflərin aidiyyəti üzrə qeydiyyata alınması və İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi ilə bağlı tapşırıqlar verib.

Oxunma sayı 3817