Göyçayda 2 nəfər koronavirusa yoluxub 

10:51 06.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Göyçay rayonunda koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hafta.az yazır ku, bu barədə Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elçin Bilalov məlumat verib.

Onun sözlərinə görə, koronavirus infeksiyası şübhəsi ilə 15 nəfərdən yaxma götürülərək analiz edilib. Nəticədə 2 nəfərdə virusa yoluxma faktı aşkarlanıb.

Onlardan biri 40, digəri isə 43 yaşında qadınlardır.

Onlar Ağdaşın karantin xəstəxanasına göndəriliblər. Ailə üzvlərindən isə 20 nəfərdən yaxma götürülərək xüsusi karantin rejimində saxlanılır. Onların müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. 

Oxunma sayı 66