Göyçayda 367 nəfər koronavirusa qarşı peyvənd olunub - Rəsmi

17:10 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri ilə yanaşı bölgələrdə də koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesi davam etdirilir. Artıq Göyçay rayonunda da vaksinasiyaya start verilib.

Göyçay rayon Mərkəzi Xəstəxanasından hafta.az-a verilən məlumata görə, yanvarın 21-dən peyvəndlənmə prosesi aparılır:

"2 gün ərzində artıq 367 nəfər səhiyyə işçisi peyvəndlənib. Ümumilikdə 1070 nəfər səhiyyə tibb işçisi var. Onlardan bəziləri COVID -19 virusuna yoluxduğu üçün həmin şəxslərə peyvənd vurulmayacaq. Qalan şəxslərin hamısı könüllü peyvənd olunmaq üçün müraciət edib. Hazırda proses davam etdirilir".

Oxunma sayı 252
Gündəm rubrikasından digər xəbərlər