GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

10:37 14.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

13 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstanın səfiri David Bakradzenin, Moldovanın səfiri Eugen Karasın və Ukraynanın səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyiindən hafta.az-a verilən məlumata görə, iştirakçılar ABŞ-dakı GUAM Səfirlikləri arasında əməkdaşlığın hazırkı səviyyəsi barədə müzakirə aparıblar və ümumi maraqlar əsasında gələcək birgə təşəbbüslər barədə qərara gəliblər.

Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviq edilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, sözügedən formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Oxunma sayı 2283
Siyasət rubrikasından digər xəbərlər