Gürcüstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib

15:16 21.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Hafta.az-ın "Gürcüstan Onlayn"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Giorgi Qaxariya bildirib.

Onun sözlərinə görə, bütün fiziki və hüquqi şəxslər fövqəladə vəziyyət rejiminə riayət etməlidirlər:

Baş nazir qeyd edib ki, fövqəladə vəziyyət rejiminə riayət etməyən fiziki şəxslər 3000 lari, hüquqi şəxslər isə 15000 lari cərimələnəcək.