Gürcüstanda karantin rejimi qismən yumşaldılır

16:00 22.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan hökuməti COVID-19 virusuna qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq olunan xüsusi karantin rejiminin fevralın 1-dən qismən yumşaldılması barədə qərar qəbul edib.

Qərara əsasən fevralın 1-dən Batumi, Zuqdidi, Qori, Poti və Telavi şəhərlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa olunacaq.

Həmin şəhərlərdə məktəb və ticarət obyektləri də açılacaq.

Fevralın 1-dən Tbilisi, Kutaisi və Rustavi şəhərlərində də mağaza və ticarət mərkəzlərinin fəaliyyətinə icazə veriləcək. Bu şəhərlərdə məktəb və ictimai nəqliyyat işini martın 1-dən etibarən bərpa edəcək.

Fevralın 15-dən etibarən isə bütün şəhərlərdə qapalı və açıq bazarlar fəaliyyətə başlayacaq.

Oxunma sayı 237