Gürcüstanda koronavirusdan sağalanların sayı 10-a çatıb

13:12 25.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda koronavirus diaqnozu qoyulan daha bir pasiyent sağalıb.

“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, artıq 10-cu sağalan şəxs klinikanı tərk edib.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa 73 yoluxma halı təsdiqlənib. Hazırda aktiv virus daşıyıcılarının sayı 63 nəfər təşkil edir.