Gürcüstandan Azərbaycana dərman ixracı kəskin azalıb

17:35 19.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 11 870,59 min ABŞ dolları dəyərində 500,01 ton ölçülmüş dozada dərman ixrac edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri illik ifadədə 11 014,25 min dollar və ya 48,12%, həcmi isə 107,01 ton və ya 17,62% azalıb.

2019-cu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstan Azərbaycana 22 884,84 min dollar dəyərində 607,02 ton dərman ixrac edib.

2020-ci ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın ümumi dərman ixracı illik müqayisədə 47,2% azalaraq 78 555,9 min dollar təşkil edib. Dərman ixracı Gürcüstanın ümumi ixracının 2,9%-ni təşkil edib.

Oxunma sayı 727