Həftənin "milyoneri" - Həftə-reytinq

19:08 19.12.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyalı 6 yaşlı yutub fenomeni Anastasiya Radzinskaya Forbes jurnalının təqdim etdiyi "2020-ci ildə ən çox qazanan "YouTube" ulduzları onluğuna daxil edilib. Altı yaşlı blogger ardıcıl ikinci il yeddinci yerdə qərarlaşıb. Qəzetin təxminlərinə görə, 6 yaşlı videobloqqer bir ildə 18,5 milyon dollar qazanıb. "Videolar rəngarəng, aydın ifadəlidir və mürəkkəb dil ehtiva etmir, bu da onları dünya üzrə azyaşlı auditoriya üçün ideal hala gətirir" - nəşrin məqaləsində qeyd olunub.

"Like Nastya" kanallarına ümumilikdə 190,6 milyon insanın abunə olduğu və baxış sayının 39 milyardı keçdiyi bildirilir. Bundan əlavə, videobloqqerin "TikTok" sosial şəbəkəsində isə təqribən üç milyon izləyicisi var. Radzinskaya videolarında gündəlik fəaliyyətlə məşğul olur, ailəsi ilə oyunlar oynayır və səyahət edir.

 

Həftənin "cəriməlisi"

Çili Prezidenti Sebastyan Pinera ictimai yerdə maska rejimini pozduğuna görə 2,5 milyon peso (3,5 min dollar) cərimə ödəməli olacaq.

Bu barədə Valparaiso regionunun Səhiyyə Nazirliyi özünün "Twitter" səhifəsində yazıb. Qeyd olunub ki, qaydanı pozduğunu dövlət başçısı özü bildirib.

Bundan əvvəl sosial şəbəkədə Çili Prezidentinin çimərlikdə tanımadığı qızla maskasız şelfi çəkdirməsini əks etdirən kadrların yayılması ölkədə böyük rezonans doğurmuşdu.

Con Hopkins Universitetinin məlumatına görə, Çilidə koronavirusa 581 min 135 yoluxma halı qeydə alınıb, 16 min 51 xəstə həyatını itirib.

 

Həftənin "naziri"

ABŞ tarixində ilk dəfə yeri sakinlər olan hinduların nümayəndəsi, 60 yaşlı Deb Halland daxili işlər naziri ola bilər. ABŞ-ın yeni seçilən prezidenti Cozef Bayden onun adını bu vəzifəyə namizədlər arasında çəkib.

Deb Halland hinduların Laqun Pueblo qəbiləsindəndir. Onun namizədliyini ABŞ Senatı təsdiqləməlidir. O, ABŞ-ın yerli xalqlarının problemləri ilə məğul olur. 2011-ci ilin məlumatına əsasən, ABŞ-da 3 milyondan çox hindu, 562 qəbilə yaşayır.

 

Həftənin "modeli"

30 yaşlı model həkim səriştəsizliyinin qurbanı olub.

Meksikanın Kardaşyanı kimi tanınan Joselyn Cano Kolumbiyada ombadikləşdirmə əməliyyatı zamanı ölüb.

O, dekabr ayının 9-da ölüb, onun dəfn mərasimi Youtube-da canlı yayımlanıb.

Qeyd edək ki, San Diego universitetində mikrobiologiya üzrə təhsil alan modelin Instagram-da 12 milyon izləyicisi var.

 

Həftənin "qətli"

Nənə nəvəsini boğaraq öldürüb, sonra da sobaya atıb.D əhşətli hadisə Sibirdə yaşanıb. 52 yaşlı baba və 48 yaşlı nənə 2 yaşlı nəvələrinin ağlamasından bezərək onu boğub, öldürüblər. Cütlük daha sonra körpəni sobaya atıb.

Hadisə baş verərkən 2 yaşlı Dimanın valideynləri 20 yaşlı Maria və Dmitri evdə olmayıb. Onlar evə qayıdarkən övladlarının qalıqlarını tapıblar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Oxunma sayı 477