Hər kəs virusla yaşamağı öyrənməli, onunla mübarizəni vərdiş halına çevirməlidir- ÜST Azərbaycandakı nümayəndəsi

17:19 31.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla əlaqədar mart ayının əvvəllərindən etibarən mərhələli şəkildə karantin rejiminin tətbiqinə başlanıldı. Lakin yumşaldılmadan sonra yoluxma sayı sürətlə artmağa başladı.

Hafta.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, son zamanlarda yenidən stabilləşmə müşahidə edirik, bu da qadağaların işə yaradığını göstərir

"Bundan sonra nə olacaq? Bundan sonra bütün düyna, dövlətlər yeni bir xəstəliklə qarşı-qarşıyadır. Yumşaldılmalardan sonra əgər yoluxmalar artmazsa, dövlətlər də yumşaldılmalara davam edə bilərlər. Bütün bunlarla bərabər, hər kəs bir daha diqqətli olmalı, virusla yaşamağı öyrənməli, onunla mübarizəni vərdiş halına çevirməlidir".

Oxunma sayı 1099
Sosial rubrikasından digər xəbərlər