Hətta rəsmi ezamiyyətlər rayonlarda yoluxma sayına təsir göstərir - Hikmət Hacıyev

11:39 15.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hətta rəsmi ezamiyyə vərəqələri ilə rayonlara səfərlərinin epidemioloji vəziyyətə təsiri araşdırılır.

Hafta.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Şöbə müdirinin sözlərinə görə, müşahidələr onu göstərir ki, rayonlara gediş-gəlişin açılması müzakirə edilir:

"Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır".

Oxunma sayı 3326