Heydər Əliyev Mərkəzindən Almaniyaya dəstək  - VİDEO

21:37 06.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 6-da Heydər Əliyev Mərkəzinin binası üzərində Almaniya Federativ Respublikasının bayrağı videoproyeksiya olunub.

Bu barədə hafta.az Mərkəzə istinadən xəbər verir.

Qeyd edək ki, "COVID-19" pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq incilərindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir. Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur.

Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Oxunma sayı 61
Siyasət rubrikasından digər xəbərlər