Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn konsert keçirilib

17:25 10.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ümummili lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə onlayn konsert keçirilib.

Təhsil Nazirliyindən hafta.az-a verilən məlumata görə, konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, həmçinin Azərbaycan Milli Konservatoriyasının müəllim-tələbə heyəti, eləcə də təhsilini xaricdə davam etdirən tələbələr çıxış edib.

Onlayn konsertdə ümummili liderin sevdiyi mahnılar və Azərbaycanın görkəmli bəstəkarlarının məşhur əsərləri səsləndirilib.

Oxunma sayı 1221