Hindistan səfirliyi Müəllimlər Günü münasibətilə online tədbir keçirib

16:55 07.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki Səfirliyi bu gün onlayn formada Müəllimlər Gününü qeyd edib.

Hafta.az-ın yazdığına görə, ilk dəfədir ki, Hindistan höküməti xarici ölkələrdə tədrislə məşğul olan hindistanlı və əslən Hindistandan olan müəllimlərin şərəfinə kampaniya başladıb.

Qeyd edək ki, hazırda Azərbaycanda, azərbaycanlı uşaqların və gənclərin parlaq gələcəyini formalaşdırmaqla məşğul olan 11 hindistanlı müəllim var. Onlar ibtidai məktəblərdən orta məktəblərədək Azərbaycanın müxtəlif təhsil müəssisələrində çalışmaqdadırlar.

Məlumdur ki, müəllimlər şagirdlərə xüsusi bağlarla bağlıdır, çünki onlar şagirdləri kitablar və öz həyat təcrübələri vasitəsilə öyrədir. Müəllimlər öz şagirdlərini yalnız peşəkar deyil, həm də şəxsi həyatda uğurlu olmağa hazırlayırlar.

Cəmiyyətlərimizdə müəllimlər hörmətlə qarşılanır və onların şərəfinə 5 sentyabr tarixi Hindistanda Müəllimlər Günü kimi qeyd olunur. Bu tarix, Hindistanın keçmişdə ikinci Prezidenti və daha sonra birinci Vitse-Prezidenti olmuş məşhur akademik, filosof Bharat Ratjna mükafatçısı Dr. S.Radhakrişnanın doğulduğu günüdür. O, kübar müəllim idi və nəticə olaraq 1962-ci ildə onun doğum ildönümünün Müəllimlər Günü olaraq qeyd edilməsi qərara alınıb.

Tədbir ərzində 11 hindistanlı müəllimin hər biri Azərbaycandakı mükəmməl iş təcrübələrindən və bu ölkədə qazandıqları böyük dəyər və hörmətdən danışıblar.

Oxunma sayı 8582
Mədəniyyət rubrikasından digər xəbərlər