Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda yeni sığorta növü yaranır - Yaşıl Kart
Tarix: 24.12.2014 | Saat: 20:00:00
Bölmə:Sosial | çapa göndər

«Yaşıl Kart» sisteminin hansı üstünlükləri var?

2016-cı il yanvarın 1-dən Azərbaycanda «Yaşıl Kart» sığortasının satışına başlanılacaq. "Yaşıl Kart" sistemi üzrə müqavilələr 3, 6 və 12 ay müddətinə bağlanacaq. Bununla bağlı dekabrın 23-də ölkə prezidenti tərəfindən “İcbari sığortalar haqqında” qanunda dəyişiklik edilib. Sənədə edilən əlavəyə görə, “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”nın “standart sığorta müqaviləsi”, “sərhəd sığorta müqaviləsi” və “Azərbaycan Yaşıl Kart” sığorta müqaviləsi növləri vardır.

Bəs, görəsən, «Yaşıl Kart» sığortası nədir? Bu sığorta növünün hansı üstünlükləri var?

Məsələni «Həftə içi»nə şərh edən «Consultant" tədris və konsaltinq mərkəzinin prezidenti, sığorta mütəxəssisi Xəyal Məmmədxanlı bildirib ki, “Azərbaycan Yaşıl Kart” sığorta müqaviləsi - avtonəqliyyat vasitələrinin qeydiyyatdan keçdiyi ölkədən xaricdə istifadəsi zamanı üçüncü şəxslərin sağlamlığına və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması halında sığorta ödənişlərinin verilməsini təmin edən sığorta müqaviləsidir. Onun sözlərinə görə, “İcbari sığortalar haqqında” qanuna “Yaşıl Kart Sistemi” adlı 4-1-ci fəsil əlavə olunub: «Həmin fəsildə qeyd olunur ki, Yaşıl Kart – Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası və avtonəqliyyat vasitələri sığortaçılarının milli bürolarının beynəlxalq assosiasiyası, eyni zamanda “Yaşıl Kart” sisteminin idarəedici təşkilatı olan Bürolar Şurası tərəfindən qəbul edilmiş formada bağlanan, Bürolar Şurasının üzvü olan istənilən ölkədə aid olduğu avtonəqliyyat vasitəsinin istifadəsi ilə bağlı mülki məsuliyyətin icbari sığortasının mövcudluğunu təsdiq edən beynəlxalq sığorta müqaviləsidir”.

Xəyal Məmmədxanlı bildirib ki, Azərbaycanda «Yaşıl Kart” sistemi üzrə əlaqələndirici ixtisaslaşdırılmış təşkilat kimi Bürolar Şurasına üzv olan milli «Yaşıl Kart» Bürosunun funksiyalarını İcbari Sığorta Bürosu həyata keçirir. Büro öz iştirakçılarını «Yaşıl Kart» blankları ilə mərkəzləşdirilmiş qaydada təmin edir. Bundan başqa, qanunda deyilir ki, Azərbaycanda qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsi «Yaşıl Kart» sisteminin tətbiq edildiyi xarici ölkə ərazisində müvəqqəti istifadə edilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisini tərk etməzdən əvvəl icbari sığorta müqaviləsini bağlayaraq «Azərbaycan Yaşıl Kartı»nı əldə etməlidir.Bunun üçün qeydiyyatdan keçmiş avtonəqliyyat vasitəsinin sahibi «Azərbaycan Yaşıl Kartı»nı yalnız «Yaşıl Kart» sistemində fəaliyyət göstərmək hüququna malik olan yerli sığortaçılara müraciət etməlidir».

Xarici avtomobillərə dəymiş ziyanı İcbari Sığorta Bürosu təmin edəcək

Ekspert vurğulayıb ki, xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan «Yaşıl Kart»a malik avtonəqliyyat vasitələrinin sahiblərindən Azərbaycan Respublikasının ərazisinə daxil olarkən, sərhəd sığorta müqaviləsini bağlamaq tələb olunmayacaq: «Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisində qeydiyyatdan keçmiş və qüvvədə olan «Azərbaycan Yaşıl Kartı»na malik avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən «Yaşıl Kart» sisteminin tətbiq edildiyi digər ölkədə vurulan zərər üçün sığorta məbləğləri kimi həmin ölkənin qanunlarına uyğun olaraq müəyyən edilmiş sığorta məbləğlərinin və Azərbaycanın bu icbari sığorta üzrə müəyyən edilmiş sığorta məbləğləri üzrə nəzərdə tutulmuş sığorta məbləğlərinin böyük olanı götürülür. Qanuna görə, xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan «Yaşıl Kart»a malik avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində dəyən zərərlərin tənzimlənməsi və belə zərərlərə görə sığorta ödənişlərinin həyata keçirilməsinə zəmanəti İcbari Sığorta Bürosu verir. Bundan başqa xarici ölkələrdə qeydiyyatdan keçmiş və qüvvədə olan «Yaşıl Kart»a malik avtonəqliyyat vasitələri sahiblərinin Azərbaycan Respublikası ərazisində istifadəsi nəticəsində dəymiş zərərlə bağlı sığorta həyata keçirilməsini İcbari Sığorta Bürosu təmin edəcək».

Satış üçün əlavə icazə alınacaq

Xəyal Məmmədxanlı qeyd edib ki, yeni dəyişikliklə sığortaçılar qarşısında da əlavə tələb qoyulub. Belə ki, sığortaçı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərməsi üçün «Yaşıl Kart» sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilməlidir. Onun sözlərinə görə, yalnız Büronun iştirakçısı olan sığortaçıların «Yaşıl Kart» sistemi çərçivəsində fəaliyyət göstərməsinə yol verilir. Büro «Yaşıl Kart» sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrini aparır. Qanunda həmçinin göstərilib ki, Büronun iştirakçısı olan sığortaçı «Yaşıl Kart» sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edildiyi tarixdən həmin sistem çərçivəsində fəaliyyət göstərə bilər: “Yalnız birdəfəlik pul vəsaiti yerləşdirdiyi halda məcmu kapitalı tələblərə uyğun gələn sığortaçı «Yaşıl Kart» sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil ediləcək. Birdəfəlik ödənişdən əlavə, «Yaşıl Kart» sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçı təqvim ayı ərzində bağladığı «Yaşıl Kart» müqavilələri üzrə daxil olan sığorta haqlarının ümumi məbləğinin 5 faizi miqdarında aylıq təqvim haqlarını növbəti təqvim ayının 15-dən gec olmayaraq Büronun müvafiq hesabına ödəməlidir».

«Yaşıl Kart» sistemi üzrə sığorta haqlarına gəlincə, ekspert bildirib ki, yeni dəyişikliyə əsasən, «Yaşıl Kart» sistemində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən bu sistem üzrə tətbiq ediləcək sığorta haqları sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilməlidir: «Hələlik bununla bağlı tariflər müəyyənləşdirilməyib. Amma hazırda təxminən 50-dən çox Avropa ölkəsində, eləcə də Asiya dövlətlərində tətbiqlənən bu sistem üzrə tariflər avtomobilin başqa ölkəyə daxil olduğu gündən hesablanır. Məsələn, tariflər 5-6 avrodan 200 avroya qədər dəyişə bilir. Yəqin ki, Azərbaycanda tariflər müəyyənləşdirilərkən beynəlxalq praktika nəzərə alınacaq».

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
10.12.2018
09.12.2018
08.12.2018