Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Nəriman İmranov nə Əli Kərimli, nə də Cəmil Həsənlidir...” - FOTO
Tarix: 31.07.2015 | Saat: 14:00:00
Bölmə:Siyasət | çapa göndər

“Avrasiya” lideri Nəriman İmranov Surət Hüseynovun qohumu və yaxın dostu imiş...


Keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov və Rusiyanın sabiq ədliyyə generalı İlqar Qasımov tərəfindən Rusiya lideri V.Putinin məlum Avrasiya Birliyi ideyasını Azərbaycanda dəstəkləmək məqsədi ilə yaradılması barədə informasiyalar yayılmış “Avrasiya Hərəkatı” barədə suallarımıza cavab verən siyasi analitik Tahir Cəfərli belə bir hərəkatın yaradıla biləcəyinin Azərbaycan üçün çox ciddi siqnal olduğunu bildirdi.

“Bu, yeni bir müxalifət qüvvəsinin ortaya çıxacağını göstərir. Azərbaycanda gerçək müxalifət olmadığından və “müxalifət” adlanan partiya və hərəkatların əsasən Qərbdən idarə olunduqları hamıya aydın olduğundan, xalq onlara qoşulmurdu. Aydın idi ki, onların siyasi oyunlarının mahiyyəti ölkədə stabilliyi pozmaq və Qərbin Azərbaycana olan təzyiqlərini artırmaqdır. Qərbin, ABŞ-ın “klassik müxalifət”i dəstəkləməkdə strateji məqsədi, Azərbaycan iqtisadiyyatını Qərbdən tam asılı vəziyyətə salmaqdan ibarət idi. Milli Şura və ora daxil olan partiyalar xalqın istəyindən irəli gələn tələbə uyğun olmadığından və həmin qurumların bu və ya digər ölkələrdən idarə olunma faktları üzə çıxandan sonra xalq faktiki olaraq müxalifəti boykot elədi və tam əminliyi ilə deyə bilərik- birdəfəlik onlardan uzaqlaşdı. Azərbaycanın siyasi səhnəsində müxalifət boşluğu hökm sürdüyündən yeni siyasi qurumun meydana çıxması labüd idi. Qorxulusu odur ki, bu hərəkat Rusiya tərəfindən idarə oluna bilər. Bu isə Azərbaycanda bu dəfə Rusiyayönümlü müxalifətin meydana gəlməsi deməkdir. Həmin hərəkatın başında kimlərin durduğunu görsək, məsələnin ciddiliyini anlayarıq”.

Analitik “Avrasiya”nın baniləri hesab edilən şəxsləri ayrılıqda belə xarakterizə etdi:

“Nəriman İmranov MTN başçılığından azad edildikdən sonra hazırkı iqtidar tərəfindən güllələnməyə məhkum edilmiş, ardınca ömürlük həbs cəzası almış, lakin sonradan əfv edilmiş bir şəxsdir. Onun iqtidar adamı olmadığı da göz qabağındadır. Nəriman İmranov 2002-ci ildə məhbəsdən azad olunduqdan sonra Mərdəkanda olan bağına çəkilmişdi. Son 13 il ərzində o, heç kimə qoşulmurdu və demək olar ki, susmuşdu. Nəriman İmranov SSRİ “KQB” məktəbini bitirmiş professional “çekist”dir. Onun keçmiş baş nazir Surət Hüseynovun dövründə nazir işlədiyi və onunla qohum və dost olduqları da bəllidir. Hakimiyyətə əsl müxalif olan bütün qüvvələr onun ətrafında birləşə bilər. Bir nəfər də olsun, deyə bilməz ki, Nəriman İmranov hansısa iqtidar dairəsinin ortaya atdığı fərddir. O, nə İsa Qəmbər, nə Arif Hacılı, nə Əli Kərimli, nə də Cəmil Həsənlidir.


İlqar Qasımova gəldikdə, onun siyasi oriyentasiyası yalnız Rusiyayadır. O, Rusiya -Azərbaycan yaxınlaşması ilə bağlı siyasi aksiyalarda iştirak edən adamdır. Əlbəttə, İlqar Qasımovun iqtidarın bəzi adamları ilə əlaqəli olduğunu düşünmək olar. Ancaq onun haqqında bir şey tam aydındır: o, Rusiyanin oyunçusudur.


İnsanlara “Niyə Musavata, AXC-yə və yaxud Milli Şuraya qoşulmursan” sualı verəndə birmənalı olaraq: “Hərifəm, bunlara qoşulum, gedib məni satsınlar?”- cavabını eşidərsiz. Amma zənnimcə, “Avrasiya Hərəkatı” nə Demblokdur, nə Milli Şuradır, nə də Musavatdır, bunun cox ciddi siyasi ambisiyalara malik olan bir qurum olacağı görsənir. Xalqın narazı kəsiminin, o cümlədən Rusiyadan dolanan ailələrin də bu hərəkata birləşəcəyi mümkündür. Rusiya xüsusi xidmət orqanları bu məqsədlə qonşu ölkədə işləyən babat qazanclı soydaşlarımızın “qulağına” “Azərbaycandakı yaxınlarınızı “Avrasiya”ya qoşun” “pıçıldaya” bilər”.


Nəriman İmranov və İlqar Qasımovun Azərbaycanın digər sabiq milli təhlükəsizlik naziri və Rusiyada daha böyük nüfuz sahibi olan Vaqif Hüseynovla nə dərəcədə bağlı ola biləcəkləri sualına siyasi analitiikdən belə cavab aldıq:


“Vaqif Hüseynov Rusiyanın yüksək vəzifəli “FSB” generalıdır və böyük bir analitik mərkəzin rəhbəridir. Qafqaz və Şərq üzrə ən tanınmış geosiyasətçidir. Bu o deməkdir ki, Qafqazla bağlı bütün məsələlər onun “dəyirman”ından keçir. Əlbəttə, bu mövqedən yanaşsaq, onların əlaqəsi olduğunu təxmin etmək olar”.


T.Cəfərli hesab edir ki, Avrasiya Hərəkatına yalnız Rusiya deyil, həm də Qazaxıstan, Belarus və ən əsası, Çin də dəstək ola bilər. “Çünki hərəkatın məqsədi bu ölkələrin xeyrinədir. Üzv ölkələrin sayının artması, əlbəttə ki, Avrasiya İttifaqının güclənməsi deməkdir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
10.12.2018
09.12.2018
08.12.2018