Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Caspian Energy Forum Baku-2017-nin sponsoru məlum oldu
Tarix: 27.03.2017 | Saat: 13:31:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Veysəloğlu” şirkətlər qrupu 2017-ci il aprelin 12-də Bakıda keçiriləcək 4-cü Beynəlxalq Caspian Energy Forum-2017-nin (www.caspianenergyforum.com) sponsorudur.


Bu barədə hafta.az-a “Veysəloğlu” şirkətlər qrupundan məlumat verilib.


“Caspian European Club (Caspian Business Club) tərəfindən təşkil olunan Caspian Energy Forum-un sponsoru olmaqla inkişafın xammal mərhələsindən ixracyönümlü iqtisadiyyata keçid tendensiyasını dəstəkləmiş oluruq. Əminəm ki, qarşıdan gələn forum çərçivəsində biz həmçinin şirkətimizin gələcək uğurlu beynəlxalq inkişafı üçün lazımi əlaqələr quracağıq”, - deyə “Veysəloğlu” şirkətlər qrupu prezidentinin maliyyə və strateji inkişaf işləri üzrə müşaviri İlqar Nuri bildirib.

Caspian European Club (Caspian Business Club) və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev deyib ki, “Veysəloğlu” şirkətlər qrupu Azərbaycanda fəaliyyət göstərən aparıcı ticarət və distribütor şirkətlərindən biridir:

“Onun sponsor qismində Caspian Energy Forum-u dəstəkləməsi şirkətlərin öz aralarında ünsiyyət qura, coğrafi əməkdaşlığı genişləndirə, yeni əlaqələr yarada, innovasiya məhsullarını təqdim edə və bu gün üçün aktual olan məsələlərin həlli üçün dövlət orqanları ilə dialoqda fəal iştirak edə biləcəkləri informasiya meydanının mühümlüyünü bir daha sübut edir”.


“Veysəloğlu” ticarət və distribütor şirkəti olaraq dünya üzrə 20-dən çox ölkədə 116 fabrik ilə əməkdaşlıq edir.
Qeyd edək ki, Caspian Energy Forum-2017-yə yerli rəsmi şəxslərlə yanaşı, avrokomissarlar, Azərbaycanın, Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət strukturlarının, nazirlik, komitə və qurumlarının rəhbərləri, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, eləcə də nəhəng beynəlxalq şirkətlərin başçıları qatılacaqlar. Ümumilikdə forumun işində dünyanın 50 ölkəsindən 500 deleqat iştirak edəcək.


Forum üç sessiyadan ibarət olacaq. Birinci sessiya həyata keçirilən iqtisadi islahatların ilkin nəticələrinə həsr olunacaq. İkinci sessiya Xəzər region dövlətlərinin neft-qaz və enerji sektorunun inkişafı, üçüncü sessiya isə qeyri-neft sektorunda (maliyyə, nəqliyyat, İKT, aqrosənaye və turizm) həyata keçirilən layihələr və onların dünya bazarlarında irəliləyişi mövzusunu əhatə edəcək.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.08.2018
18.08.2018
Bakıda restoranda baş verən kütləvi zəhərlənmənin səbəbi açıqlanıb
Koçaryanın həbsdən azad olunmasına dair etiraz aksiyası keçirilib
Xəzər dənizi ilə bağlı tarixi anlaşma
Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb
Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramı ilə bağlı əhaliyə müraciət edib
Dördəm qızlar Quranı başdan-ayağa əzbər öyrəndilər - GÜNÜN TƏZADLARI
Xəzəryanı ölkələrin XİN müavinləri payızda Azərbaycanda görüş planlaşdırır
Xəzərin statusunun müəyyənləşdirilməsində Prezident İlham Əliyevin rolu böyükdür - RƏYLƏR
Gəncədə yeni terror aktları törətməyi planlaşdıran şəxs silahlı müqavimət göstərərkən məhv edilib
Həftənin “xilaskarı” - HƏFTƏ REYTİNQ